ABŞ Müdafiə Nazirliyi prezident Donald Trampın PKK-nın Suriya qolu olan PYD-yə silah verilməsi təlimatını verdiyini açıqladı.
Mia.az "Habertürk TV"yə istinadən bildirir ki, Pentaqonun rəsmi açıqlamasında Türkiyəni sakitləşdirən ifadəyə də yer verilib: "Ayrılacaq silahlar yalnız Rəqqanın İŞİD-dən azad edilməsi üçün nəzərdə tutulur. Ağ Ev bütün ehtimal olunan risklərlə bağlı Türkiyəyə təminat verir".
Mia.az