Məmmədyarov Nalbandyanla Laçın və Kəlbəcərin izğaldan azad edilməsi müddətini müzakirə edəcək
İyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü olacaq. Bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil: ?Görüş iyulun 16-da, yaxud da bir gün sonra keçirilə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda görüşün tarixini dəqiqləşdirməklə məşğuldur?.
Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşündə Azərbaycan tərəfinin əsasən Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddətinin müzakirə etmək istədiyini deyib. Dağlıq Qarabağ ətrafındakı digər işğal altında olan rayonların boşaldılması məsələsinə gəldikdə isə nazir bildirib ki, bu proses sülh sazişi imzalandıqdan dərhal sonra başlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50