Türkiyənin Cümhuriyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Azərbaycanı səfər edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, səfər Azərbaycan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin dəvəti ilə baş tutacaq. Bu barədə MİA-ya məlumat verən B.Quliyevin sözlərinə görə, o bir neçə gün öncə Türkiyədə görüşdüyü K.Kılıçdaroğlunu Bakıya dəvət edib. CXP başqanının səfərinin dəqiq zamanı məlum olmasa da, bunun yaxın müddət ərzində baş tutacağı gözlənilir. B.Quliyevin sözlərinə görə, Kılıçdaroğlu sərəf protokolu hazır olandan sonra Bakıya gələcək.