Müdafiə naziri Zakir Həsənov bu gün Türkiyəyə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə keçiriləcək "İDEF - 2017” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərinə yola düşüb.