Prezident ilham Əliyev ölkənin zimal-qərb bölgəsində səfərdədir (yenilənib)
Bu gün prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gedib. Prezident əvvəlcə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Dövlət başçısına məlumat verilib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülüb. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, fəvvarələr yenidən qurulub, yaşıllıq zolağı genişləndirilib.
İlham Əliyev Balakən rayonuna səfər edib. Prezident əvvəlcə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, abidənin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilib, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08