Dövlət Taxıl Fondu ölkədə istehsal olunmuz yüksək keyfiyyətli buğdanın qəbuluna start verib
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın alınması barədə elan edir.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, "Araz ASC", "Aveta", "Tovuz-Baltiya LTD" və "Neon" firması müəssisələri vasitəsilə avqust ayının 5-dən sentyabrın 30-na kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 180 AZN olmaqla aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:
I. Dənin naturası (bir lititlik purkalarda qramla):
buğda üçün - 750/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə) -
bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq - 3-cü sinif
buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla
VI. Şüşəvarilik
1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır
VII. İyi və dad-bütün bitkilər üfunət,
səməni, acıyovşan və ya dənli bitkilərə
xas olmayan və onların emalı məhsullarına
keçən (kerosin, benzin, sarımsaq və buna
oxşar maddələr) digər iy və dad - yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə
bütün bitkilər üçün - yol verilmir
X. Digər əlamətlər - bütün bitkilər üçün - yol verilmir
karantin və iqtisadi cəhətdən təhlükəli
xəstəlik, zərərverici və alaq otlarının
toxumları olan dən (heyvanların yoluxucu
və ya tarlada qışlayan xəstəliklərlə
sirayətlənmiş, tərkibi toksiki elementlər,
radionukleidlər, pestisidlərlə çirklənmiş
dənlər, həmçinin ekoloji baxımdan
əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)
Bildiririk ki, bu keyfiyyətə cavab verməyən məhsul qəbul edilməyəcəkdir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:
"Dəvəçi-Dəyirman MMC": Dəvəçi şəhəri (0-55) 760-35-05; (0-50) 382-35-84
Karat Holdinq: Xırdalan şəhəri (0-50) 223-18-97
FATOĞLU: Gəncə şəhəri 022-5-69-44-44; 012-418-45-38, (0-50) 222-08-20
N. Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi 012-567-00-76; 566-21-72
"Araz ASC" Zığ şossesi 27 (0-50) 502-29-08; 012-479-10-29, faks: 473-90-00
"Aveta": Kürdəmir şəhəri (0-50) 200-11-97
"Tovuz-Baltiya": Tovuz İbrahim Hacılı kəndi (0-50) 527-80-95
"Neon" firması : Gəncə şəhəri (0-50) 220-30-27
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08