Türk ordusu ilə Hakkarinin Çukurca mahalındakı hərbi bazaya girməyə cəhd edən terrorçular arasında şiddətli döyüş baş verib.

Axar.az xəbər verir ki, bu barədə Hakkari Valiliyi məlumat yayıb.

Atışma nəticəsində 2 terrorçu məhv edilib, 7 türk əsgəri yaralanıb. Yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu deyilir.