Bu gün İranda kömür mədənində güclü partlayış olub.
Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Azadşahrdakı kömür mədənində baş verən partlayış səbəbindən 50 nəfərə yaxın işçi mədəndə köməksiz qalıb: "Onların sağ olub-olmadığı bilinmir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları, xilasedicilər göndərilib".
Hazırda ərazidə xilasetmə əməliyyatı aparılır.
Mia.az