ilham Əliyev Gürcüstanın xarici izlər nazirini qəbul edib
Prezident İlham Əliyev bu gün Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Dövlət başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.
Xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu deyib.
Dövlət başçısı İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08