AXCP sədri Əli Kərimli müttəfiqlərini dilə tutur
AXCP-nin son günlər tutduğu mövqe üzündən ?Azadlıq? blokunda gərginliyin yarandığını, hətta qurumun parçalanma həddində olduğu barədə məlumat vermişdik.
Ötən həftə bloka daxil olan VİP sədri Əli Əliyevin sərt açıqlamaları, ALP sədr əvəzi Əvəz Temirxanın üstüörtülü də olsa, AXCP-yə yönəlik narazılıqları bir qədər səngiyib.
Bu barədə MİA-ya məlumat verən blok funksionerlərindən birinin sözlərinə görə, Əli Əliyevin sərt açıqlamalarından sonra AXCP sədri Əli Kərimli müttəfiqlərini sakitləşdirmək üçün hərəkətə keçib. Müsahibizimin verdiyi məlumata görə, AXCP sədri mövqeyindən geri çəkilməsə də, seçkiöncəsi ?Azadlıq? blokunu dağıdan şəxs kimi görünmək istəmədiyini vurğulayıb. Bu səbəbdən də müttəfiqlərindən ?ayrılsaq da, normal qaydada ayrılaq, bizi parçalayan qüvvə kimi qələmə verməyin? deyib. Qarış tərəflər də vəziyyəti gərginləşdirməmək üçün hələlik buna razı olublar və blokdaxilində onlara qarşı edilən etimajsızlığa son qoyulmasını istəyiblər.
Həmsöhbətimiz onu da bildirib ki, bu razılaşmanın nə zamana qədər sürəcəyi də bəlli deyil.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51