Sabah Azərbaycan Xalq Cəbhəsi Partiyası etiraz aksiyası keçirəcək. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hər kəsi aksiyaya çağırır: "Azərbaycanda azad, ədalətli cəmiyyəti, qanunun aliliyini, vətəndaşın dövlət üçün dəyərli olmasını təmin edə biləcək bir ölkədə yaşamaq istəyənlərin hamısını sabah saat 17.00-da Bakı Şəhər icra hakimiyytinin qarşısında mitinq kecirən AZADLIQ blokunun mübariz, bu rejimə "yox" deyən insanları ilə bir sırada olmağa çağırırıq". Qeyd edək ki, çağırışda aksiya "Azadlıq" blokunun adından keçirildiyi bildirilsə də mitində AXCP-nin təkbaşına olacağı gözlənilir.