MMP-də seçki ilə bağlı təbliğat-təzviqat qrupları yaradılıb
Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında seçki ilə bağlı növbəti toplantı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda seçkiyə hazırlığın vəziyyəti, namizədliklərini irəli sürəcək partiya üzvlərinin gördüyü işlər və seçkiyə hazırlığın fəallığını artırmaq üçün hazırlanan xüsusi plan müzakirə edilib.
Həmin planda partiyanın rayon təşkilatlarının fəalları, Qadınlar Şurasının, Gənclər Təşkilatı və Ağsaqqallar Şurasının üzvlərindən ibarət qrupların yaradılması xüsusi yer alıb. Bu təklif toplantı iştirakçıları tərəfindən dəstəklənib və yuxarıda qeyd etdiyimiz təşkilatların üzvlərindən ibarət təbliğat-təşviqat qrupları yaradılıb. Onlara göstəriş verilib ki, əhali arasında MMP-nin Parlament seçkilərinə namizədlərinin və ölkədə gərginlik yaratmaq istəyən qüvvələrin düzgün yolda olmadıqları təbliğ edilsin.
Qeyd edək ki, MMP Azərbaycanı əhatə edən 125 dairədən 72 partiya üzvünün namizədlik siyahısını mətbuata açıqlayıb və bu siyahıda hələlik heç bir dəyişiklik yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51