isa Qəmbər Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüzüb
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər, o cümlədən assosiativ üzvlüklə bağlı proses diqqət mərkəzində olub. Görüş zamanı həmçinin 2010-cu il parlament seçkiləri, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, o cümlədən, gənc bloggerlər və digər məsələlər barədə ətraflı fikir mübadilsəi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51