ilham Əliyev "bp" zirkətinin icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev bu gün "bp" şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul edib. Dövlət başçısı Azərbaycan ilə "bp" şirkəti arasında uzunmüddətli əməkdaşlığın uğurlu olduğunu vurğulayıb və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Toni Heyvord isə "bp" şirkətinin Azərbaycan hökuməti və ARDNŞ ilə uğurlu əməkdaşlığını bir daha qeyd edərək ?Azəri-Çıraq-Günəşli? və ?Şahdəniz? neft və qaz, eləcə də Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətli olduğunu deyib.
Görüşdə ?Şahdəniz? yatağının tammiqyaslı işlənilməsinin Azərbaycan və "bp" üçün önəmli layihələrdən biri olduğu qeyd edilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08