Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazir qeyd edib ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün öncə Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməlidir. Bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin də bunu tələb etdiyini xatırladan nazir təcavüzkarın işğalçı siyasətini dayandırması üçün həmsədr ölkələrin daha təsirli tədbirlər görməsini tövsiyə edib.