MSK Avropa Şurasının Venesiya Komissiyası ilə seminar-treninq keçirəcək
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı maarifləndimə tədbirlərini davam etdirir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi ilə əlaqədar növbəti tədbiri iyulun 7-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirəcək.
Dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün nəzərdə tutlan treninqlər şikayət və müraciətlərə baxılması məsələlərinə həsr olunub. Seminar-treninq iyulun 7-də saat 10.00-da Hyatt Regency otelinin ?Quba? konfrans zalında olacaq. Tədbir iki gün davam edəcək. Treninqlər Mərkəzi Seçki Komisiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08