Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki İsmayıl Əsədov vəzifəsindən azad olunub.
Mia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı nazir Ramil Usubov müvafiq əmr imzalayıb.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, İ.Əsədov bu vəzifəyə 10 ay əvvəl - keçən ilin iyul ayında təyin olunub. O, bu vəzifəyə qədər Bakının bir neçə rayonunda rəis vəzifəsində işləyib. O, eyni zamanda, DİN sistemində tanınan polis rəislərindən biri sayılır.
Mia.az