Bu gün AXCP Kukla Teatrının qarşısında aksiyaya keçirməyə cəhd edib. Aksiyaçılar bulvar tərəfdən Kukla Teatrının qarşısına ?İstefa? və ?Azadlıq? şüarları deyə-deyə yürüş ediblər. Burada onların qarşısını Çevik Polis Alayının əməkdaşları kəsib və həbslərə başlayıb. AXCP-dən verilən məlumata görə, 60 nəfərə yaxın həbs olunan var. Onları avtobus və minik avtomobilləri ilə polis bölmələrinə aparıblar. AXCP-nin aksiyasında həbs olunanlar Səbail rayonu 8-ci polis bölməsinə aparılıblar. Son məlumata görə onlardan 11 nəfəri bölmədə saxlanılıb, qalanları isə avtobuslarla Qobustana aparılıb. Xatırladaq ki, 3 iyul aksiyalarına görə həbslər səhər saatlarından başlayıb. AXCP-nin sədr müavinləri də daxil olmaqla 10-a yaxın fəalı hələ səhər saatlarında evdən çıxarkən saxlanılıb. Onlardan başqa, 3 nəfər Müsavat fəalı, ADP Gənclər Komitəsinin sədri Vüsal Əliyev və ALP Siyasi Şurasının üzvü Bəybala Məmmədov da aksiyaya qədər həbs olunublar.