Prezident İlham Əliyev ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? Azərbaycan Respublikası qanununda dəyişikliklər edilməsi barədə? qanununun tətbiq olunması haqqında fərman imzalayıb. Qeyd edək ki, sözügedən qanun Azərbaycan Milli Məclisinin iyunun 18-də keçirilmiş iclasında qəbul olunub. Qanuna əsasən, 2010-cu il dövlət büdcəsinin gəlirləri 1 490 mln. manat, xərcləri isə 1 011,3 mln. manat artırılıb. Artımla dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edib. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşıb. Bununla da, Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olub. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 mln. manat azaldılıb.