ilham Əliyev Bakıda növbəti yol qovzağının açılızında iztirak edib
Azərbaycan prezidenti İlham Əliyev iyulun 2-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov prezidentə yeni yol qovşağının texniki göstəriciləri haqqında məlumat verib, bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən magistral yolla Ziya Bünyadov prospektinin kəsişməsindəki Böyükşor yol qovşağının ikinci kompleksinin ümumi uzunluğu 1194 metrdir. Bura 5 körpü, körpü yanaşmaları və digər yol qovşaqları daxildir. Azərbaycanda ilk dəfə olaraq bu yol qovşağında dəmir tağlar tətbiq olunub.
Dövlətimizin başçısı yol qovşağının layihəsinə və fotoşəkillərə baxıb. Prezident rəmzi açılışı bildirən lenti kəsib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08