Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri davam edir.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub:

"Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir".