Havalar kəskin istiləzir, gələn həftə 42 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gündüz 30-34?, axşam 24-27 ?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? olacaq.
İyulun 3-də az buludlu, yağmursuz hava olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 32-35?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti təşkil edəcək.
İyulun 4-də havanın günəşli olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25?, gündüz 35-38? təşkil edəcək.
İyulun 5-də şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25?, gündüz 35-38?, bəzi yerlərdə 40? olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şimal-sərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 34-39?, dağlarda gecə 13-18?, gündüz 26-31? isti olacaq.
İyulun 4-5-də hanın əsasən yağmursuz keşəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26?, gündüz 35-40?, bəzi yerlərdə 42?, dağlarda gecə 13-18?, gündüz 28-33? olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08