Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən alınaraq Prezidentin İşlər İdarəsinə verilib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, "Avtovağzal" Kompleksi Prezidentin İşlər İdarəsinin "Nəqliyyat məsələləri” sektoruna verilib.

Xatırladaq ki, sözügedən Kompleks keçmiş Nəqliyyat Nazirliyinə tabe olub.

Prezidentin 2017-ci il fevral ayının 13-də imzaladığı sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb və sözügedən Kompleks bu dövlət təşkilatının sərəncamına verilmişdi.

Mia.az