?Bakıelektrikzəbəkə? iyulun 5-də borclu abonentlərin izığını kəsəcək
?Bakıelektrikşəbəkə? ASC iyulun 5-i saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandıracaq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
?Bakıelektrikşəbəkə? ASC bağ mövsümü ilə əlaqədar bağ evlərinə köçən abonentlərin şəhərdə yaşadıqları mənzillərə görə yaranmış borclarını da ödəmələrini də tələb edib. Səhmdar cəmiyyətindən o da bildirilib ki, artıq belə mənzillərə xəbərdarlıq edilib və bəzilərində hətta son bir neçə ay ərzində bir manatda olsun ödəniş həyata keçirilməyib.
Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin səhmdar cəmiyyətinin internet saytı (www.bes.az) vasitəsilə ?onlayn? rejimdə həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08