İstanbulda silahlı şəxs biri azərbaycanlı olmaqla, 6 nəfəri yaralayıb.

Hadisə Bahçelievlər adlanan ərazidə baş verib. Belə ki, sevgilisinə hirslənən 21 yaşlı Eray A. silahla küçədə qarşısına çıxan hər kəsi atəşə tutub.

Nəticədə 6 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan azərbaycanlı da daxil olmqala 3-nün vəziyyəti ağırdır. Məlumata görə, hadisəni törədən Eray A. ərazidən uzaqlaşaraq qaçıb.

qafqazinfo