?ATƏT-in Parlament Assambleyasının Osloda keçirilən yay sessiyasında Azərbaycan nümayəndələri fəal şəkildə iştirak edəcək?. Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib. R.Aslanova bildirib ki, sessiyada Avropanın bir sıra problemlərinə dair müzakirələr aparılacaq. Komitə sədri sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyinə münasibətlərini bildirəcəklərini vurğulayıb.