ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsi 2011-ci il büdcəsini təsdiqləyib. Belə ki, gələn il ABŞ-ın Ermənistana ayıracağı yardımın miqdarı 44 milyon dollar olacaq. Qeyd edək ki, bu rəqəm Barak Obama tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çox, keçən illə müqayisədə isə 4 milyon dollar azdır. Ağ ev həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə ayrılan maliyyə yardımını da artırıb. Bu rəqəm isə ötən illə müqayisədə 2 milyon dollar artaraq 10 milyon dollara çatıb. Bundan əlavə komitə ayrılan hərbi yardımda paritet saxlamağı nəzərə alaraq Azərbaycan və Ermənistana ayrı-ayrılıqda hərbi məqsədli 3,5 milyon dollar hərbi yardım, hərbi təhsil üçün isə 450 min dollar yardım ayırıb.