Milli Məclisin yaz və növbədənkənar sessiyalarının yekunlarına dair hesabat veriləcək. Parlamentdən verilən məlumata görə, iyulun 2-də Milli Məclisdə mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında 2010-cu ilin yaz və növbədənkənar sessiyalarının yekunları haqqında məlumat veriləcək. Tədbirdə Milli Məclisin rəhbərliyi, komitə rəhbərləri və digər məsul şəxslər iştirak edəcək.