Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının bu gecə baş tutacaq "Borussiya Dortmund" - "Monako" oyununa saatlar qalmış stadionın girişində şiddətli partlayış olub.
Mia.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə "Borussiya"lı oyunçuların avtobusla meydançaya girişi ərəfəsində yaşanıb: "Hadisə nəticəsində "Borussiya"nın oyunçusu Mark Bartradır. O, dərhal xəstəxanaya qaldırılıb".
Hadisə ilə bağlı Almaniya polisi açıqlama yayıb.
Bildirilib ki, hadisə uzaqdan idarə olunan bombanın partladılması nəticəsində baş verib:
""Borussiyalı" oyunçuları stadiona aparan avtobusun yanında ard-arda 3 partlayış olub. İlkin ehtimala görə, bu əvvəlcədən əraziyə yerləşdirilmiş bombanın partladılması ilə gerçəkləşdirilib".
Xatırladaq ki, partlayış səbəbindən "Borussiya Dortmund" - "Monako" oyunu təxirə salınıb. Oyun Bakı vaxtı ilə sabah 22.45-də oynanılacaq.
Mia.az