Hərbi Hissədə qətliam; iki əsgəri öldürən, birini yaralayan əsgər intihar edib
İyun ayının 29-u saat 19.30 radələrində Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissələrindən birində ağır hadisə baş verib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu avtomat silahından atəş acaraq iki əsgəri ? Qəhrəmanov İlkin Allahverdi oğlunu və Əliyev Elvin İlkin oğlunu qətlə yetirib.
Digər əsgər Musayev Asif İlham oğlu isə yaralanıb. Sonda əsgər Məmmədrzayev Cəfər intihar edib. Müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün dərhal həmin hərbi hissəyə ezam edilib.
Respublika Hərbi Prokurorlugu faktla bağlı cinayət işi qaldıılıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08