Ermənilər atəzkəsi bir neçə istiqamətdə pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, düşmən qüvvələri iyunun 29-da saat 19.20-dən 19.30-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyunun 29-da saat 12.20-dən 12.50-dək, saat 23.05-dən 23.20-dək, iyunun 30-da saat 00.05-dən 00.10-dək, saat 00.35-dən 00.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 29-da saat 15.00-dan 15.15-dək, saat 15.45-dən 16.30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.00-dan 11.10-dək, 14.35-dən 14.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 30-da saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08