Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qruplar birgə bəyanat yayıblar.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, bəyanatda ABŞ-ın Suriyaya raket zərbəsi endirməsinə etiraz edilərək, ABŞ-ın Suriyada "qırmızı xətt”i keçdiyi bildirilib. Əlavə olunub ki, əgər Suriyaya qarşı hər hansı belə hücum təkrarlanarsa, adekvat cavab veriləcək.

Xəbərdə Rusiya prezidenti Putinlə İran prezidenti Həsən Ruhaninin ABŞ-ın İdlibdəki hərbi aerodromu "kimyəvi silah" bəhanəsi ilə bombardman etməsinin müzakirə olunduğu da qeyd olunub: "Bu hücumun beynəlxalq hüquqa zidd olduğu birmənalı bildirilib. Eyni zamanda, hər iki prezident Suriyada kimyəvi silah tətbiqinin tərəfsiz və obyektiv araşdırılmasının vacibliyini önə çəkiblər".

Mia.az