01;tli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, qurum ?Bank Standard? kommersiya bankının qapalı yerləşdirilən, hər birinin nominal dəyəri 100 manat olan 104 min ədəd, ?Expressbank? ASC-nin kütləvi təklif üsulu ilə yerləşdirilən, hər birinin nominal dəyəri 208 manat olan 72 min 116 ədəd, ?Azal Sığorta? ASC-nin hər birinin nominal dəyəri 400 manat olan 5 min ədəd, ?Bank of Baku?nun hər birinin nominal dəyəri 3,78 manat olan 3 milyon 400 min ədəd adi, sənədsiz, adlı səhmlərinin buraxılışını qeydə alıb. QKDK, həmçinin, ?Azal Sığorta?nın hər birinin nominal dəyəri 400 manat olan 7500 ədəd, ?Yüksel Proje-Caspian? QSC-nin hər birinin nominal dəyəri 50 manat olan 2000 ədəd, ?Zaminbank?ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 12 min 637 ədəd adi, sənədsiz, adlı səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb.