Bu gün Bakıda iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birinci Azərbaycan - Suriya hökumətlərarası komissiyası işə başlayıb. Azərbaycan tərəfdən komissiyanın həmsədri kənd təsərrüfatı naziri İsmət Abbasov, Suriya tərəfdən isə neft və təbii sərvətlər naziri Sufyan əl-Alaodur. Komissiyanın yekun işlərinə dair aşağıdakı sahələri əhatə edən protokol imzalanacaq: ticari-iqtisadi potensial, kənd təsərrüfatı, sənaye və energetika, alternativ və bərpa olunan enerji mənbələri, İT, təhsil, elm, səhiyyə, turizm, nəqliyyat. Komissiyanın ikinci iclası Dəməşqdə təşkil olunacaq.