"Sabah "Aprel şəhidi” Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun Neftçala rayonunda il mərasimi keçiriləcək”.
Bu barədə Modern.az-a Neftçala rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vurğun Əkbərov məlumat verib. O, bildirib ki, ötən ilin "Aprel hadisələri” zamanı qəhrəmanlıq göstərən şəhidin adının əbədiləşdirilməsi prosesi artıq həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru olmuş Samid İmanov Neftçala rayonunda doğulub. 2016-cı ildə "Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.