Bu dəqiqələrdə Bakıda Milli Şuranın siyasi və sosial tələblərlə etiraz mitinqi keçirilir.
Milli Şuranın etiraz aksiyası metronun "İnşaatçılar” stansiyası yaxınlığındakı "Məhsul” stadionunda təçkil olunub.
Aksiyaya Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli rəhbərlik edirlər.
Qeyd edək ki, mitinqə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən icazə verilib.