Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində ölənlər arasında daha bir azərbaycanlının olduğu məlum olub.

Mia.az Diaspor.az-a istinadən bildirir ki, bu, 20 yaşlı Dilbər Əliyevadır.

 O, Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. 

Məlumatı Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib

Diaspor fəalının sözlərinə görə, bu gün mərhumə son mənzilə yola salınacaq.

Xatırladaq ki, dünən daha bir azərbaycanlı - 28 yaşlı Zaur Vəliyev də terrorda ağır yaralanaraq Marinskaya xəstəxanasına yerləşdirilmişdi. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!