Sankt-Peterburq metrosunun müşahidə kameraları partlayışın ehtimal edilən təşkilatçısını qeydə alıb.

Bu barədə "İnterfaks”ın araşdırmanın gedişi ilə tanış olan mənbəyi məlumat verib.

İlkin məlumatlara görə, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu qatarın vaqonuna portfeldə qoyulub.

Bomba qatar "Texnologiya institutu” stansiyasının platformasında dayanarkən partlayıb.

Rusiya Milli Antiterror Komitəsi (MAK) bildirib ki, daha bir partlayıcı qurğu "Üsyançılar meydanı” stansiyasında aşkar edilib. Bomba zərərsizləşdirilib. MAK onu da bildirib ki, hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.