Pekin Olimpiadasının qızıl medalçısı, polis kapitanı Elnur Məmmədli Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsindən ayrılıb.
O, Dövlət Təhlükəsizlik Xidmətində şöbə rəisi postuna təyin olunub.
Qeyd edək ki, Elnur Məmmədlinin DTX-ya təyinatı ilə bağlı xəbər bir il öncə mətbuatda yayılımışdı, lakin rəsmən təsdiqlənməmişdi.
Olimpia çempionunun DTX rəisi ilə uniformadakı fotosu isə xəbəri təsdiqləyir.