Xırdalan şəhər, 28-ci məhəllədə atışma olub. 

Avotyuma məntəqəsinin qarşısında baş verən hadisədə bir nəfər ölüb, digəri isə yaralı halda xəstəxanaya aparılır.

Polis əməkdaşları hadisəsinin baş verdiyi yerdə xeyli sayda giliz tapıblar(yeniçağ).

*** 

İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Hadisə yerindən maddi sübut kimi bir ədəd "Makarov" tipli tapança götürülüb(report).

*** 

Xırdalan şəhərində atışma nəticəsində öldürülən kişinin şəxsiyyəti müəyyənləşib. Mia.az "Report"a istinadən xəbər verir ki, bu, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğludur. O, başından aldığı güllə yarasından ölüb.