Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Lənkəran rayonuna gedib. Ölkə başçısı mədəniyyət və istirahət parkında mərhum dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident Lənkəranda bir sıra müəssisələrin açılışında da iştirak edib.