Ali məktəblərə qəbul üzrə ilk imtahanın günü bəlli oldu
Ali məktəblərə qəbul üzrə ilk imtahan iyulun 4-də keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, ilk imtahan III ixtisas qrupuna sənəd verən abituriyentlər üçün olacaq.
İmtahana sənəd verənlər bir neçə saatdan sonra imtahana buraxılış vərəqələrini internet vasitəsilə əldə edə biləcəklər. M.Abbaszadənin sözlərinə görə, imtahana buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlərin attestat ballarını ərizələrə daxil edib təsdiqlətdirməsi ön şərtdir. Məhz bu səbəbdən, orta məktəbin builki məzunları qısa müddət ərzində - ən gec iyulun 3-dək attestatlarını əldə edib, qiymətləri öz elektron ərizələrinə təsdiq elətdirməlidirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08