Azərbaycanda havanın temperaturu 38 dərəcəyə qədər yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 28-32?, axşam 23-25?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? olacaq.
İyunun 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-23?, gündüz 32-35?.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti təşkil edəcək.
İyunun 27-də dəyişkən buludlu,əsasən yağmursuz hava gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23?, gündüz 32-37? olacaq.
İyunun 28-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 33-38? təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23?, gündüz 31-36?, dağlarda gecə 10-14?, gündüz 21-26? isti olacaq.
İyunun 27-28-də gün ərzində hava yağmursuz olsa da, gecə və axşam ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 33-38?, dağlarda gecə 10-14?, gündüz 23-28? isti təşkil edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08