"Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq".
Bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zaman deyib.
Dövlət başçısı bildirib ki, 25 illik müstəqillik dövrü onu göstərdi ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər, o dövlətlərin gələcəyi var: "Azərbaycanın dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda – vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq vətəni ilə fəxr edir".