ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) az əvvəl iclası bitib. 

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,25 % artırılmasına qərar verilib.

Bu barədə toplantıdan sonra açıqlama verən FED-in rəhbəri Janet Yellen bildirib ki, uçot dərəcəsi 2017-ci ildə üç dəfə artırılacaq.

Bu qərardan sonra dolların dünyadakı məzənnəsinin qalxacağı gözlənilir.

Mia.az