Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bu gün əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərim Həsənova müraciət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müraciətdə Liberal Partiyanın mərkəzi aparatı və hər bir rayon təşkilatı üçün rayon mərkəzlərində qərargah icarəyə verilməsi haqqında xahiş edilib. Bundan əlavə məktubun bir surəti informasiya məlumatı üçün AŞPA-nın prezidenti Mövlud Çavuşoğluna, Avropa Şurasının baş katibinə, ATƏT-in baş katibinə və Avropa Komissiyasının prezidentinə göndərilib ki, Azərbaycanda partiyaların fəaliyyəti üçün elementar maddi-texniki baza yaradılmasına imkan verilmir. [b]Rəhilə MANAFOVA[/b]