"Dayaq” MTK-nın sədri Səbuhi Hümbətov Azərbaycandan qaçıb.

BakiPost.az xəbər verir ki, o, Müsavat Partiyasının üzvü kimi Kanadadan siyasi sığınacaq istəyib. Həmin MTK Bakıda bir çox hündürmərtəbəli binalar, o cümlədən Nizami rayonu, Naxçıvanski 8A ünvanında yerləşən yaşayış kompleksini, Nəsimi rayonunda, Ambasador otellə üzbəz-üz 11 mərtəbəli yaşayış binalarını tikib.