Martın 11-də səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda nazirliyin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib və səbr diləyib!

Allah rəhmət eləsin!