Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən,  Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.