Deputat Zahid Orucla Milli Məclis sədri Oqtay Əsədov növbəti dəfə mübahisə edib.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, parlamentin iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib:.

"Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”.

Bu isə spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub:

"Ay Zahid, heç kimə "uçeniya” keçmə… 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et… Heç kim sənə mane olmur”.